Bakı. Trend:
Bakıda mənzildən 78 yaşlı qadın meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Nizami rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1939-cu il təvəllüdlü Şişilova Qalina Nikolayevnanın meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.