...

Yasamalda yataqxanada yanğın - 10 nəfər təxliyə olunub

Hadisə Materials 22 Sentyabr 2017 10:39 (UTC +04:00)
Yasamal rayonunda yataqxana binasında yanğın baş verib.
Yasamalda yataqxanada yanğın - 10 nəfər təxliyə olunub

Bakı. Trend:

Yasamal rayonunda yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ilkin məlumata əsasən, binanın üçüncü mərtəbəsində mənzildə 12 kv.m sahədə ev əşyaları yanıb.

Yanğın zamanı binadan 10 nəfər təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti