...

Ağcabədidə yanğın olub

Hadisə Materials 23 Sentyabr 2017 04:11 (UTC +04:00)
Ağcabədi rayonu, Qaraxanlı kəndində yanğın qeydə alınıb
Ağcabədidə yanğın olub

Bakı. Trend:

Ağcabədi rayonu, Qaraxanlı kəndində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Ağcabədi rayonu, Qaraxanlı kəndində ümumi sahəsi 52 m2 olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 19:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti