...

Moskvada TV əməkdaşları təxliyə edildi - Bu dəfə yanğına görə

Hadisə Materials 28 Sentyabr 2017 16:39 (UTC +04:00)
Rusiyanın paytaxtı Moskvada "TV Çentr" telekanalının ofisinin də yerləşdiyi binanın əməkdaşları təxliyə edilib.
Moskvada TV əməkdaşları təxliyə edildi - Bu dəfə yanğına görə

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada "TV Çentr" telekanalının ofisinin də yerləşdiyi binanın əməkdaşları təxliyə edilib.

Trend-in məlumatına görə, buna səbəb qonşu binadakı yanğın olub. Yanğın Moskvanın mərkəzində 9 mərtəbəli inzibati binada baş verib.

Hazırda yanğının yayılmasının qarşısı alınıb. Xəsarət alanlar barədə məlumat verilmir.

Yanğının baş vermə səbəbləri məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti