Bakı. Trend:
ABŞ-ın Tennesi ştatının şərqində hərbi təyyarə qəzaya uğrayıb. Trend-in məlumatına görə, fövqəladə xidmət təyyarənin meşə ərazisinə düşdüyünü bildirib.
Məlumata görə, təyyarədə olanlardan heç kəs sağ qalmayıb. Qeyd olunur ki, qəzaya uğrayan Boeing T-45 Goshawk hərbi-təlim təyyarəsidir.
ABŞ hərbi hava qüvvələrinin bazasından verilən məlumata görə, həqiqətən bu tip təyyarə təlim uçuşundan geri qayıtmayıb.