...

Binəqədidə subasma nəticəsində köməksiz qalan 25 nəfər təxliyə edilib (FOTO)/VİDEO)

Hadisə Materials 4 Oktyabr 2017 15:32 (UTC +04:00)
“112” qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.
Binəqədidə subasma nəticəsində köməksiz qalan 25 nəfər təxliyə edilib (FOTO)/VİDEO)

Bakı. Samir Əli - Trend:

Gecə saatlarında Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Binəqədi rayonu ərazisində müxtəlif ünvanlarda həyətyanı sahələrinin yağış suları ilə dolması səbəbindən köməksiz vəziyyətdə qalmış 25 nəfəri təhlükəsiz yerlərə təxliyə ediblər.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, yağışlarla əlaqədar olaraq nazirliyin “112” qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi vətəndaş müraciətlərinin aidiyyətı dövlət qurumlarına, o cümlədən rayon icra hakimiyyətlərinə və “Azərsu” ASC-ə ötürülməsini və FHN-nin müvafiq xilasetmə qüvvələrinin yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunmasını həyata keçirib.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın müxtəlif rayonlarında suçəkmə işlərinə cəlb olunub.

Hazırda Bakı şəhərinin Binəqədi, Sabunçu rayonlarında və Abşeron rayonu ərazisində FHN-nin 70 nəfər şəxsi heyəti və 17 ədəd texnikası suçəkmə işlərini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti