...

İtaliyada mafiyaya qarşı əməliyyatda keçmiş mer saxlanıldı

Hadisə Materials 5 Oktyabr 2017 18:07 (UTC +04:00)
İtaliyanın Kalabriya vilayətində polis mafiyaya qarşı əməliyyat keçirib.
İtaliyada mafiyaya qarşı əməliyyatda keçmiş mer saxlanıldı

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın Kalabriya vilayətində polis mafiyaya qarşı əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat zamanı “ndrangeta” mafiya qruplaşması ilə əlaqəsi olan 7 nəfər saxlanılıb.

Saxlanılanlar arasında bir hüquqşünas və Villa San Covanni qəsəbəsinin keçmiş merinin də olduğu bildirilir.

Keçmiş mer Rokko la Valle mafiya ilə əlbir olaraq, bölgədə fəaliyyət göstərən şirkətlərdən hədə yolu ilə pul almaqda ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti