...

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Hadisə Materials 14 Oktyabr 2017 12:25 (UTC +04:00)
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Bakı. Trend:

İsmayıllı RPŞ əməkdaşları tərəfindən narkotiklərlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də narkotik tərkibli bitkilərin yaşıl kütlə halında yığılaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 3 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, yaşıl kütlə halında narkotik tərkibli bitkilər isə aşkar edilərək məhv edilib.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında şəhər sakinləri İsmayıl İsmayılova məxsus həyətyanı sahəyə keçirilən baxış zamanı oradan ümumi çəkisi 1 kiloqram 666 qram qurudulmuş marixuana və 535 qram çətənə kolu, Eldəniz Balakişiyevə məxsus həyətyanı sahəyə baxış zamanı isə 1 kiloqram 417 qram qurudulmuş marixuana və 635 qram çətənə kolu aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti