...

Astarada köhnə yarımtikilidə külli miqdarda güclü təsir edən maddə tapılıb

Hadisə Materials 17 Oktyabr 2017 10:39 (UTC +04:00)
Köhnə yarımtikilidə külli miqdarda güclü təsir edən maddə aşkar olunub.
Astarada köhnə yarımtikilidə külli miqdarda güclü təsir edən maddə tapılıb

Bakı. Trend:

Astarada köhnə yarımtikilidə külli miqdarda güclü təsir edən maddə aşkar olunub.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

DGK Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsi və Astara Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Astara şəhərində Azərbaycan vətəndaşına məxsus həyətin kənarında yerləşən, yaşayış sahəsi olmayan köhnə yarımtikilidə ümumi sayı 9028 ədəd olan "Tramadol" adlı dərman preparatı aşkar edilib.

Qeyd edək ki, "Tramadol" Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir.

Aşkar olunan 9028 ədəd "Tramadol"un təsiredici maddəsinin ümumi miqdarı 1819,6 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti