Bakı. Trend:
Ağstafa rayonunda yanğın olub.
Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Sadıqlı kəndində birmərtəbəli üç otaqlı evin dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.