...

Göyçayda piyadanı "xəstəxanalıq edib" qaçan avtomobil axtarılır

Hadisə Materials 13 Noyabr 2017 10:25 (UTC +04:00)
Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Göyçayda piyadanı "xəstəxanalıq edib" qaçan avtomobil axtarılır

Bakı. Samir Əli - Trend:

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. 1971-ci il təvəllüdlü Əhmədov Xəqani Yusif oğlu yaşadığı küçədə yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

Yaralı ağır kəllə-beyin zədəsi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti