Bakı. Trend:
Qazaxıstanın “Air Astana” aviaşirkətinin daxili reysini həyata keçirən təyyarə fövqəladə eniş etməli olub.
Trend-in məlumatına görə, buna göyərtədə sərnişinlərdən birinin vəfat etməsi səbəb olub.
Çimkənd şəhərindən Astanaya uçuş həyata keçirən təyyarə sərnişinlərdən birinin vəziyyətinin pisləşməsi ilə əlaqədar geri qayıdıb. Hava limanına çağırılan təcili yardım sərnişinin vəfat etdiyini qeydə alıb.