...

Cəlilabadda 3 otaqlı tikili yanıb

Hadisə Materials 22 Noyabr 2017 09:06 (UTC +04:00)
Cəlilabadda yanğın qeydə alınıb
Cəlilabadda 3 otaqlı tikili yanıb

Bakı. Trend:

Cəlilabadda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Cəlilabad rayonunda birmərtəbəli 3 otaqlı köməkçi tikilinin 1 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 15 m2 sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti