...

12 milyon dollar mənimsəməkdə təqsirləndirilən şəxs: Zərərçəkmişlərə borcum yoxdur

Hadisə Materials 22 Noyabr 2017 17:25 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.
12 milyon dollar mənimsəməkdə təqsirləndirilən şəxs: Zərərçəkmişlərə borcum yoxdur

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb. C.Canıyev bildirib ki, onun heç bir zərərçəkmişə borcu yoxdur.

Prosesdə çıxış edən zərərçəkmiş Novruz Rəsulov isə bildirib ki, C.Canıyevin ona 1 milyon 630 min dollar və 3 milyon 806 min manat borcu var.

Zərərçəkmişə cavab olaraq C.Canıyev onun yalan danışdığını bildirib: "Mənim ona heç bir borcum yoxdur. Əksinə, Novruz Rəsulov mənə məxsus olan qeyri-yaşayış sahəsini dələduzluqla ələ keçirib. Mən həmin obyektimi ondan tələb edirəm".

Prosesdə daha bir zərərçəkmiş ifadə verib. Bildirib ki, C.Canıyev onun 1 milyon 200 min dollarını dələduzluq yolu ilə mənimsəyib.

İş üzrə məhkəmə prosesi noyabrın 29-na təyin edilib.

İttihama görə, iş adamı C.Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla, onlardan külli miqdarda pul alıb. C.Canıyev ümumilikdə, 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti