...

Qəbələ ağır yol qəzası - 2 ölü, 4 yaralı

Hadisə Materials 27 Noyabr 2017 11:55 (UTC +04:00)
Qəbələ rayonunda ağır yol qəzası baş verib.
Qəbələ ağır yol qəzası - 2 ölü, 4 yaralı

Bakı. Trend:

Qəbələ rayonunda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 27-də saat 1:00 radələrində Qəbələ rayonunun Zarağan kəndində rayon sakini Sirus İsmayılovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini Məcid Xəlilovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.

Nəticədə S.İsmayılov və sərnişinlərindən Rufan Səmədov hadisə yerində ölüb, digər 1 sərnişini, habelə M.Xəlilovun 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti