...

Bakıda insan alveri ilə məşğul olan qrupun məhkəməsi başladı

Hadisə Materials 28 Noyabr 2017 16:48 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda yaşayan rus əsilli iki kişini məcburi əməklə istismar etməkdə təqsirli bilinən Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakıda insan alveri ilə məşğul olan qrupun məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda yaşayan rus əsilli iki kişini məcburi əməklə istismar etməkdə təqsirli bilinən Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslər və zərərçəkənlərin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmişlərdən Aleksandr Kolesnilov psixi xəstə olduğu, digər zərərçəkmiş İqor Kolesnikov isə insan alveri qurbanları üçün nəzərdə tutulan sığınacaqda yerləşdiyindən prosesdə iştirak edə bilməyiblər.

Sonra zərərçəkmişin nümayəndəsi məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatət verib.

Hakim vəsatəti əsassız olduğu üçün rədd edib və məhkəmə baxışı dekabrın 5-ə təyin edilib.

İttihama görə, Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü T.Rzayev qardaşı oğlu V.Rzayevlə cinayət əlaqəsinə gorərək, hər iki zərərçəkmişi Xəzər rayonunda yerləşən özünəməxsus heyvandarlıq sahəsində zərərçəkimşlər - A.Kolesnilovu və İ.Kolesnikovu qul kimi işlədiblər. Bununla bağlı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə məlumat daxil olub. İdarə əməkdaşları 2016-cı il aprelin 28-də keçirdikləri əməliyyat nəticəsində təqsirləndirilən şəxslər həbs edilib. Məlum olub ki, əmi və qardaşoğlu hər iki zərərçəkmişə hədə-qorxu gələrək, 2000-ci ildən fermada qul kimi işlədiblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144-2-ci (insan alveri və istismarı, məcburi əmək) maddəsi ilə ittiham edilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti