...

Gürcüstandan qanunsuz gətirilən 70 telefon müsadirə olunub

Hadisə Materials 29 Noyabr 2017 11:51 (UTC +04:00)
Avtomobildə gizlədilən 70 ədəd mobil telefon gömrükdə aşkar edilib.
Gürcüstandan qanunsuz gətirilən 70 telefon müsadirə olunub

Bakı. Samir Əli - Trend:

Avtomobildə gizlədilən 70 ədəd mobil telefon gömrükdə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ön hissəsindəki sağ və sol "qanadlarda" gömrük nəzarətindən gizlədilən 70 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti