...

Romada polis məntəqəsi qarşısında PARTLAYIŞ olub

Hadisə Materials 7 Dekabr 2017 13:38 (UTC +04:00)
İtaliyanın paytaxtı Romada polis məntəqəsinin qarşısında partlayış törədilib
Romada polis məntəqəsi qarşısında PARTLAYIŞ olub

Bakı. Trend:

İtaliyanın paytaxtı Romada polis məntəqəsinin qarşısında partlayış törədilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, partlayışın törətdiyi fəsadlar ciddi olmayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

İlkin versiya olaraq, partlayışın anarxistlər tərəfindən törədildiyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti