...

Jurnalistin atasını öldürən sürücünün məhkəməsində OLANLAR

Hadisə Materials 8 Dekabr 2017 17:11 (UTC +04:00)
Bu gün Nərimanov Rayon Məhkəməsində mərhum yazıçı Əliyevin ölümü və daha bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol əqzasında təqsirləndirilən Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Jurnalistin atasını öldürən sürücünün məhkəməsində OLANLAR

Bakı. Samir Samir Əli - Trend:

Bu gün Nərimanov Rayon Məhkəməsində mərhum yazıçı Əli Əliyevin ölümü və daha bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzasında təqsirləndirilən Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Əli Əliyevin oğlu İmdad Əlizadə 3 vəsatət qaldırıb.

İ.Əlizadə təqsirləndirilən S.Qarayevin barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə zalında həbs olunmasını istəyib.

İ.Əlizadə həmçinin qeyd edib ki, hadisə baş verən zaman S.Qarayevin ya narkotik maddənin təsiri altında, ya sərxoş vəziyyətdə olması, yaxud telefonla danışması ehtimalı var.

İ.Əlizadə deyib ki, təqsirləndirilən S.Qarayev eynəkdən istifadə edir: "Məhkəmədən xahiş edirik ki, Seymur Quliyevin görmə qabiliyyətinin gecə, havanın qaranlıq olduğu zaman avtomobil sürməsinə imkan verib-vermədiyini müəyyənləşdirmək üçün ekpertiza təyin edilsin".

Məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra İ.Əlizadə ifadə verib. O, dindirilən zaman atasının avtomobillə vurulması hadisəsindən necə xəbər tutduqlarını, atası Ə.Əliyevin 4 xəstəxanada - 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”), Mərkəzi Klinik Xəstəxana, “Avrasiya” Hospital, Bakı Sağlamlıq Mərkəzində ümumilikdə 504 gün koma vəziyyətində müalicə olunduğunu, xəstəxana xərclərini ödəmək üçün üzləşdikləri çətinliklərdən danışıb. O qeyd edib ki, məcburi köçkün ailəsi olduqlarına görə özəl xəstəxanaların xərclərini yalnız xeyirxah insanların, dostların, yaxınların köməyi ilə ödəyə biliblər. İ.Əlizadə bildirib ki, müalicəyə kömək məqsədi ilə 2 dəfə atasının "54 gün erməni mühasirəsində" kitabının satış aksiyasını keçiriblər.

İ.Əlizadə qeyd edib ki, yol-nəqliyyat hadisəsindən sonra təqsirləndirilən S.Qarayev onu aldadıb, xəstəxanalara xərclənmiş 166 min 531 manatın yalnız 4 min manatını ona verib: "Seymur Qarayev məni dəfələrlə aldatdı ki, "gəlirəm, pul verəcəyəm" deyirdi, lakin həmin vədlərinə indiyə qədər də əməl etməyib. Mənim bu günə qədər “Avrasiya” Hospitalına 11 min 270 manat borcum qalıb. Həmin borcların da yaranmasına səbəb Seymur Qarayev oldu. Çünkü mənə hər dəfə deyirdi ki, "pulu gətirirəm, yoldayam". Amma hər dəfə yalançı çıxırdı".

Zərərçəkmişin hüquqi varisi bir daha vurğulayıb ki, təqsirləndirilən şəxsə qarşı 166 min 531 manat mülki iddia qaldırıb və o, xəstəxanalara ödənilmiş məbləğlərin qəbzlərini məhkəməyə təqdim edib.
Təqsirləndirilən şəxsin müdafiəçisi mülki iddianı qəbul etmədiklərini deyib.

Məhkəmənin növbəti iclası dekabrın 20-nə təyin edilib.

Qeyd edək ki, 2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzadan sonra Ə.Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxayana əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir.

Ə.Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. O, jurnalist İmdad Əlizadənin atasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti