...

Bakıda məktəb direktoru dünyasını dəyişdi

Hadisə Materials 14 Dekabr 2017 11:19 (UTC +04:00)
Bakı şəhəri, Sabunçu rayonu 108 nömrəli tam orta məktəbin direktoru Narınc Mehdiyeva dünyasını dəyişib.
Bakıda məktəb direktoru dünyasını dəyişdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı şəhəri, Sabunçu rayonu 108 nömrəli tam orta məktəbin direktoru Narınc Mehdiyeva dünyasını dəyişib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, N.Mehtiyeva 17.03.1959-cu ildə Bakı şəhəri Maştağa qəsəbəsində anadan olub.1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər universitetini bitirib.

Təyinatla1984-cü ilə qədər Xaçmaz rayonu Fərzəlioba kənd 8 illik məktəbində xarici dil müəllimi işləyib. 1985-1992-ci illərdə Sabunçu rayonu 142 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi vəzifəsində, 1993-cü ildən Sabunçu rayonu 108 nömrəli tam orta məktəbdə müəllim kimi çalışıb. 2006-cı ilin dekabr ayından həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2007-ci ildən isə direktor kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti