...

ABŞ-da təyyarə qəzası: üç nəfər həlak olub

Hadisə Materials 17 Dekabr 2017 20:30 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın İndiana ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

Trend RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ştat polisinin rəsmi Twitter səhifəsində məlumat yerləşdirilib.

Qəza ştatın cənub-şərqində yerləşən Franklin dairəsində qeydə alınıb. Təyyarə Missuridən Merilendə yollanırmış.

Hadisə ilə bağlı araşdırma aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti