...

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 18 Dekabr 2017 17:54 (UTC +04:00)
Qubada bankomatdan oğurluğun qarşısı alınıb.
Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Qubada bankomatdan oğurluğun qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Zərdabi qəsəbə sakini 1994-cü il təvəllüdlü Asim Cabbarov gecə saatlarında Quba şəhər Yeni Avtovağzal ərazisində yerləşən Kapital Bankın ATM köşkündəki bankomatdan oğurluğa cəhd edərkən RPŞ-nin əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə gətirilib. Saxlanılan zaman onun üzərindən cinayətdə istifadə etdiyi bir ədəd metal ling, bir ədəd mətbəx bıçağı, bir ədəd maska və bir cüt əlcək maddi sübut kimi götürülüb.

Qeyd edilən faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti