...

Moskvada Özbəkistan vətəndaşları məhkəmədən qaçıb

Hadisə Materials 22 Dekabr 2017 18:24 (UTC +04:00)

Bakı. Trend:

Moskva polisi iki nəfərin məhkəmə zalından qaçması barədə məlumat verib.

Trend-in məlumatına görə, Kuzminsk rayon məhkəməsindən iki Özbəkistan vətəndaşının qaçdığı bildirilir.

Bir müddət sonra məhkəmə rəsmiləri bu məlumatı təsdiq ediblər.

Qeyd olunur ki, həmin şəxslər polis əməkdaşlarından siqaret çəkmək üçün icazə istəyib və fürsətdən istifadə edərək oradan qaça biliblər.

Hazırda qaçan şəxslərin axtarışları aparılır.

Xəbər lenti

Xəbər lenti