Bakı. Trend:
Türkiyənin qərbində 4,1 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İstanbul şəhərindən 103 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.