...

DİN: Goranboydakı dava ilə bağlı 4 nəfər saxlanılıb

Hadisə Materials 5 Yanvar 2018 15:48 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş vermiş kütləvi dava ilə bağlı məlumat yayıb.
DİN: Goranboydakı dava ilə bağlı 4 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş vermiş kütləvi dava ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanvarın 4-də Goranboy rayonunun Dəliməmmədli şəhərindən rayon sakinləri Zülfi Cəbrayılov, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hətami və Nicat Əliyev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib, Z.Cəbrayılov orada ölüb.

Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakinləri Ülvi Hasilov, Samir Rəsulov, Ağdaş rayon sakini Ürfət Abdullayev və Yevlax rayon sakini Elməddin Sultanov saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti