...

ABŞ-a meteorit düşdü - Təsirindən zəlzələ oldu (VİDEO)

Hadisə Materials 17 Yanvar 2018 11:41 (UTC +04:00)
ABŞ-ın Detroyt şəhəri yaxınlığında meteorit düşüb
ABŞ-a meteorit düşdü - Təsirindən zəlzələ oldu (VİDEO)

Bakı. Trend:

ABŞ-ın Detroyt şəhəri yaxınlığında meteorit düşüb.

Trend-in məlumatına görə, meteoritin düşmə faktını ABŞ-ın Geologiya Xidməti təsdiqləyib.

Qeyd olunur ki, meteorit Nyu-Heyven qəsəbəsindən 8 kilometr məsafədə düşüb. Hadisə nəticəsində 2 bal gücündə zəlzələ də qeydə alınıb.

Hər hansı bir fəsad və ya itkilər barədə məlumat verilməyib.

Meteoritin düşmə anının görüntüləri sosial şəbəkədə yayılıb.

Xəbər lenti

Xəbər lenti