...

İtaliyada Çin mafiyasına qarşı əməliyyat - 30-dan çox şəxs saxlanıldı

Hadisə Materials 18 Yanvar 2018 12:49 (UTC +04:00)
İtaliyanın bir neçə şəhərində polis Çin mafiyasına qarşı əməliyyatlar həyata keçirib.
İtaliyada Çin mafiyasına qarşı əməliyyat - 30-dan çox şəxs saxlanıldı

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın bir neçə şəhərində polis Çin mafiyasına qarşı əməliyyatlar həyata keçirib.

Trend-in məlumatına görə, Roma, Milan, Florensiya, Piza, eləcə də digər şəhərlərdə 33 nəfər saxlanılıb.

Polisin verdiyi məlumata əsasən, saxlanılanlar Çin məhsullarının qanunsuz satışı, qanunsuz yük daşımalar və digər fəaliyyətlə məşğul olublar.

Qeyd olunur ki, əməliyyatlar həmçinin, Fransa və İspaniyada da keçirilib. Bu ölkələrdə şübhəli ünvanlarda axtarışlar aparılıb və bir neçə nəfərin saxlanıldığı barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti