Bakı. Trend:
Son bir həftə ərzində Yaponiyanın bir sıra ərazilərinə yağan güclü qar nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Trend-in məlumatına görə, əsasən ölkənin şimalında isə güclü qar səbəbindən 222 nəfər müxtəlif dərəcəli zədə alıb.
Ölüm hallarının Fukui, Niiqate və Toyame prefekturasında qeydə alındığı bildirilib.
Bölgələrdə yağan qarın hündürlüyünün 2 metrə çatdığı qeyd olunub.
Məlumata görə, güclü qar səbəbindən ölkədə onlarla aviareys təxirə salınıb, bir çox istiqamətlərdə qatarların hərəkəti dayanıb, məktəblər bağlanıb.