...

Məktəbdə atışma: 17 nəfərin öldüyü təsdiq olundu (YENİLƏNİB) (VİDEO)

Hadisə Materials 15 Fevral 2018 04:06 (UTC +04:00)
ABŞ-ın Florida ştatında məktəbdə atışma baş verib
Məktəbdə atışma: 17 nəfərin öldüyü təsdiq olundu (YENİLƏNİB) (VİDEO)

Bakı. Trend:

ABŞ-ın Florida ştatının cənubunda məktəbdə baş vermiş atışma nəticəsində 17 nəfər həlak olub.

Trend-in məlumatına görə, bunu insidentin yer aldığı Brovard dairəsinin şerifi Skot İsrael bəyan edib.

Onun sözlərinə görə, hadisə qurbanlarının 12-si məktəbin binasında, daha üç nəfər küçədə qətlə yetirilib. İki nəfərin isə xəstəxanada dünyasını dəyişdiyi bildirilir.

Şerif qeyd edib ki, xəsarət alanların bəzilərinin vəziyyəti ağır olaraq qalmaqdadır.

Skot İsrael həmçinin atəş açmaqda şübhəli bilinən şəxsin saxlanıldığını bildirib. Bu həmin məktəbin keçmiş şagirdi 19 yaşlı Nikolas Kruzdur. Daha əvvəl Kruz məktəbdən nizam-intizam qaydalarını pozduğuna görə xaric edilmişdir.

Xatırladaq ki, atışma Mayaminin 60 kilometrliyində yerləşən Parkland şəhərciyindəki məktəbdə fevralın 14-də günorta saatlarında qeydə alınıb. Həmin məktəbdə 14-18 yaşında 3 minə yaxın şagird təhsil alır.

XXX

02:39

ABŞ-ın Florida ştatının cənubunda yerləşən Parkland şəhərində məktəbdə baş vermiş atışma nəticəsində ən azı 7 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə yerli KİV-lər öz mənbələrinə istinadla xəbər yayıb.

14 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

XXX

01:42

ABŞ-ın Florida ştatında məktəbdə atışma baş verib.

Trend-in yerli KİV-lərə istinadla verdiyi xəbərə görə, hadisə nəticəsində bir neçə nəfər həlak olub.

Xəsarət alanların dəqiq sayı haqqında hələlik məlumat yoxdur. Bəzi məlumatlara görə insident zamanı 20-50 nəfər yaralanıb.

Polisin atəş açan şəxsi müəyyən etdiyi bildirilir. Məlumata əsasən, bu həmin məktəbin keçmiş şagirdlərindən biridir.

01:47

ABŞ-ın Florida ştatında məktəbdə atışma baş verib.

Trend-in yerli KİV-lərə istinadla verdiyi xəbərə görə, hadisə nəticəsində bir neçə nəfər həlak olub.

Xəsarət alanların dəqiq sayı haqqında hələlik məlumat yoxdur. Bəzi məlumatlara görə insident zamanı 20-50 nəfər yaralanıb.

Polisin atəş açan şəxsi müəyyən etdiyi bildirilir. Məlumata əsasən, bu həmin məktəbin şagirdlərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti