Bakı. Trend:
Sakit okeanda, Kuril adaları sahillərində Rixter cədvəli ilə 4.7 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar yerin 456 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ ilə əlaqədar sunami təhlükəsinin elan olunması barədə hələ məlumat verilməyib.
Qeyd olunur ki, yeraltı təkanlar adalarda da hiss olunub.