...

Qaradağda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Hadisə Materials 8 Mart 2018 15:37 (UTC +04:00)
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən bir neçə oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Qaradağda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Bakı. Trend:

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən bir neçə oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

DİN-dən Trend-ə verilən məlumata görə, 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabrından cari ilin fevral ayınadək olan müddətdə bir qadının içərisində pul və sənəd olan çantasını, Qaradağ rayon Telefon Qovşağına məxsus 120 metr elektrik naqilini və “Bakı Elektrik Şəbəkə”yə məxsus fasada quraşdırılmış 148 ədəd işıqlandırıcını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elçin Cəlilov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti