Bakı. Trend:
Şamaxı və Şabran rayonlarında yanğın olub.
Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, Şamaxı rayonunun Meysəri kəndində ümumi sahəsi 117 m² olan birmərtəbəli, 4 otaqlı evin 1 otağının tavanı 18 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Şabran rayonunda ümumi sahəsi 270 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 16 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.