Bakı. Trend:
Hindistanın cənubunda Tamilnad ştatının Kuranqani rayonunda başlayan meşə yanğınları geniş miqyas alıb.
Trend-in məlumatına görə, meşə yanğınları tələfatsız ötüşməyib.
Belə ki, yanğınlar nəticəsində 9 nəfər həlak olub, daha 18 nəfər yaralanıb. Həlak olanların hamısının turist olduğu bildirilir. Həlak olanların arasında 4 qadın və 1 uşaq da olub.
Həlak olanların vətəndaşlığı barədə məlumat verilməyib.