...

Ağdamda ev yanıb, 53 yaşlı kişi ölüb

Hadisə Materials 19 Mart 2018 15:01 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ağdam rayonunda ev yanıb.

Trend-in məlumatına görə, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.

Sahəsi 100 kv.m olan dörd otaqlı evdə baş vermiş yanğın zamanı 1965-ci il təvəllüdlü Akif Əvəz oğlu Əliyev yanaraq ölüb. Onun yataq xəstəsi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti