Bakı. Trend:
Şirvan dəmir yolu stansiyası ərazisindən oğurluq edən şəxs NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Şirvan Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur İbrahimov olduğu və stansiya ərazisindən 34 ədəd rels altlığını oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.