Bakı. Trend:
Fransada dəmiryolçuların tətili Paris ətrafında böyük tıxaca səbəb olub.
Trend-in məlumatına görə, paytaxt ətrafında yaranmış tıxacın 400 km yolu əhatə etdiyi bildirilib.
Məlumata görə, tətilə dəmir yolu əməkdaşlarının 34 faizi qoşulub.
Tətilin bu gün bitəcəyi bildirilsə də, müddətin uzadılacağı da istisna edilmir.
Hazırda tətillə əlaqədar Parisdə nəqliyyatın hərəkəti ümumilikdə iflic olub.