...

Oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Hadisə Materials 5 Aprel 2018 13:28 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakı. Trend:

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DİN-dən Trend-ə verilən məlumata görə, ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib saxlanılaraq istintaqa cəlb ediliblər.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı və 27-ci Polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevral-mart ayları ərzində rayon ərazisində 4 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rəvan Abdullayev saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yanvar-mart ayları ərzində rayon ərazisindəki 4 evdən məişət əşyaları, habelə 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kəmaləddin Qasımov saxlanılıb. Onun şəhər sakini Ə.Zeynalova qarşı dələduzluq etməsi də müəyyən edilib.

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yanvarın 23-də şəhər sakini E.Zeynalovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü - Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Əli İbrahimov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun yanvar-mart ayları ərzində rayon ərazisində 2 mağazadan pul və 22 metr su borusu, habelə 9 evdən pul və məişət əşyaları, 4 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti