...

Çili sahilləri 5,6 bal gücündə silkələndi

Hadisə Materials 5 Aprel 2018 16:28 (UTC +04:00)

Bakı. Trend:

Çili sahillərində güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, ABŞ Geoloji Xidməti yeraltı təkanların 5,6 bal gücündə olduğu barədə bildirib.

Məlumata görə, zəlzələ səhər saatlarında 34,9 kilometr dərinlikdə qeyd alınb.

Zəlzələnin episentri İkike şəhərindən 51 kilometr məsafədə olub.

Zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə məlumat daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti