...

İstanbuldan gələn şəxsin çantasında "beşbarmaq" aşkarlanıb

Hadisə Materials 7 Aprel 2018 15:19 (UTC +04:00)
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla soyuq silahın gətirilməsi cəhdinin qarşısını alıblar.
İstanbuldan gələn şəxsin çantasında "beşbarmaq" aşkarlanıb

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla soyuq silahın gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq yoxlama aparılıb.

Malların yoxlanılması zamanı, vətəndaşın çantasının içərisində gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti