...

Quşla toqquşan AZAL təyyarəsi hava limanına qayıdıb

Hadisə Materials 8 Aprel 2018 19:53 (UTC +04:00)
Bakı – Naxçıvan marşrutu ilə uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” MMC-yə məxsus Airbus A320 təyyarəsi havaya qalxarkən quşla toqquşub
Quşla toqquşan AZAL təyyarəsi hava limanına qayıdıb

Bakı. İlkin Şəfiyev - Trend:

Bakı – Naxçıvan marşrutu ilə uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” MMC-yə məxsus Airbus A320 təyyarəsi havaya qalxarkən quşla toqquşub.

Bu barədə Trend-ə şirkətin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

“Bununla əlaqədər olaraq hava gəmisinin komandiri hava limanına qayıtmaq barədə qərar verib. Eniş uğurla həyata keçib”,-deyə o bildirib.

Onun sözlərinə görə, hal-hazırda texniki işçilər təyyarəyə baxış keçirir. Sərnişinlər isə Naxçıvana digər təyyarəylə uçacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti