...

Göygöldə 6 otaqlı ev yanıb

Hadisə Materials 10 Aprel 2018 08:47 (UTC +04:00)
Göygöl rayonunda yanğın hadisəsi qeydə alınıb.
Göygöldə 6 otaqlı ev yanıb

Bakı. Trend:

Göygöl rayonunda yanğın hadisəsi qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Çaykənd kəndində ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 4 otağının, aynabəndinin yanar konstruksiyaları 150 kv.m sahədə və dam örtüyü yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti