...

Paytaxtda yanğında 1 nəfər xəsarət alıb

Hadisə Materials 12 Aprel 2018 15:35 (UTC +04:00)
Bakının Xətai rayonunda yanğın olub.
Paytaxtda yanğında 1 nəfər xəsarət alıb

Bakı. Trend:

Bakının Xətai rayonunda yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 210 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə 1 ədəd kondisioner və 6 kv.m sahədə divar kağızı yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti