...

Bakıda mənzildən kişi meyiti tapılıb

Hadisə Materials 22 Aprel 2018 05:11 (UTC +04:00)
Bakıda mənzildən kişi meyiti tapılıb
Bakıda mənzildən kişi meyiti tapılıb

Bakı. Trend:

Bakıda mənzildən kişi meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 2 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşlardan biri, 1934-cü il təvəllüdlü Fuksman Ovsey Barisoviçi ölmüş, digər vətəndaşı isə halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Xəbər lenti

Xəbər lenti