Bakı. Trend:
Paytaxtda yanğın hadisəsi qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli ( hazırda yaşayış olmayan ) 2 otaqlı evin yanar konstruksiyaları 66 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.