Bakı. Rufiz Hafizoğlu - Trend:
İstanbul polisi narkotacirlərə qarşı növbəti əməliyyata başlayıb. Trend xəbər verir ki, əməliyyat barədə İstanbul Polis İdarəsi məlumat yayıb. Məlumata görə, əməliyyat İstanbulun 3 rayonunda aparılır.
Əməliyyat çərçivəsində 10 nəfərin saxlanıldığı bildirilir.
Qeyd edək ki, bu ilin yanvar-fevral ayı ərzində 3722 kiloqram heroin müsadirə edilib.
2017-ci ildə isə ümumilikdə 20 min ton heroinin müsadirə edildiyi bildirilir.