Bakı. Trend:
Abşeron rayonunun Çiçək yaşayış massivində ümumi sahəsi 15 m² olan təndirxananın taxta konstruksiyadan ibarət dam örtüyü 10 m² sahədə yanıb.
Trend-ə FHN-dən verilən məlumata görə, təndirxananın qalan hissəsi və yaxınlıqdakı restoran yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.