...

Bakıda sənədləri və pul kisəsi itən polşalı turistin əşyaları tapılaraq sahibinə qaytarılıb (FOTO)

Hadisə Materials 28 Aprel 2018 16:04 (UTC +04:00)
Formula 1 Azərbaycan Qran Prisini izləmək üçün ölkəmizə turist kimi gələn Polşa vətəndaşı Koçot Morius polisə müraciət edərək içərisində ona məxsus pul kisəsini və sənədləri itirdiyini bildirib.
Bakıda sənədləri və pul kisəsi itən polşalı turistin əşyaları tapılaraq sahibinə qaytarılıb (FOTO)

Bakı. Trend:

Formula 1 Azərbaycan Qran Prisini izləmək üçün ölkəmizə turist kimi gələn Polşa vətəndaşı Koçot Morius polisə müraciət edərək içərisində ona məxsus pul kisəsini və sənədləri itirdiyini bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib ki, turist pul kisəsini tanışları ilə birgə qaldığı otelə gedən zaman taksidə unudub.

Həmin taksi sürücüsünün şəxsiyyəti tez bir zamanda müəyyənləşdirilib. Sürücü ilə əlaqə yaradılıb və o, turistin pul kisəsini könüllü şəkildə Polis Şöbəsinə gətirərək təhvil verib. Pul kisəsini itirən turist K.Moriusin problemin qısa zamanda həllini tapmasında göstərdikləri köməkliyə görə polislərə təşəkkürünü bilirib.

Polşalı turist bildirib ki, 10 ilə yaxındır Formula 1 yarışlarını izləmək üçün dünyanın bir çox ölkəsində olub. Amma indiyə qədər heç bir ölkədə bu qədər qonaqpərvərliyin və polisin belə operativliyinin şahidi olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti