...

Qubada 8 otaqlı ev yanıb

Hadisə Materials 29 Aprel 2018 18:40 (UTC +04:00)

Bakı. Trend:

Quba rayonunda yanğın faktı qeydə alınıb.

Trend-ə FHN-dən verilən məlumata görə, rayonda ümumi sahəsi 280 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb. Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti