Bakı. Trend:
Masallı rayonunda ikimərtəbəli ev yanıb.
FHN-dən Trend-ə verilən məlumata görə, yanğın Xıl kəndində ümumi sahəsi 260 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində baş verib.
2 otağın və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.