...

İranda güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 76-ya çatıb (YENİLƏNİB)

Hadisə Materials 2 May 2018 14:31 (UTC +04:00)
Sisəxt şəhərində 5,3 bal gücündə zəlzələ olub.
İranda güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 76-ya çatıb (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 09:46-də yayılıb)

Bakı. Trend:

İranın mərkəzi hissəsində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 76-ya çatıb. Trend-in məlumatına görə, onlardan bəzilərinə yerindəcə tibbi yardım göstərilib.

Məlumatlara görə, infrastruktur və elektrik təsərrüfatına ciddi maddi ziyan dəyib.

X X X

11:58

İranın mərkəzi hissəsində baş vermiş güclü zəlzələ nəticəsində ən azı 30 nəfər xəsarət alıb.

Bu barədə Trend Press TV-yə istinadən məlumat verir.

X X X

09:46

İranın cənub-qərbində - Kohgiluyə və Buyer Əhməd vilayətinin Sisəxt şəhərində 5,3 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, zəlzələ İran vaxtı ilə 8.38-də qeydə alınıb.

Yerin 8 km dərinliyində baş verən zəlzələ nəticəsində bəzi yerlərdə elektrik verilişi dayanıb, binalarda çatlar əmələ gəlib.

İnsan tələfatı ilə bağlı isə hələ məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti